Əziz gənclər,
Avropa Şurasının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən (hal-hazırda da davam etməkdə olan) “İnsan hüquqlarının tədrisi mövzusunda gənc təlimçilər üçün “COMPASS” uzun müddətli treyninq” kursu çərçivəsində 2018-ci ilin mart ayının 2,3-ü tarixlərində (hər gün saat 10:30-dan axşam saat 18:00-dək) Bakı şəhərində NAYORA-nın ofisində gənclər üçün “Gender və gender bərabərliyi” mövzusunda təlim keçiriləcəkdir.

Təlim NAYORA-nın və Erasmus Tələbə Şəbəkəsi Bakı-nın təşkilati dəstəyi ilə baş tutacaqdır. Təlimin əsas məqsədi gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik üzrə qeyri-formal təhsil metodları vasitəsilə məlumatlandırmaqdan ibarətdir. Təlim “İnsan Hüquqları üzrə Compass təlimi”nin iştirakçısı Qumru Əliyeva tərəfindən keçiriləcək.

Əlavə qeydlər:
İştirakçı sayı : 15 nəfər
Təlim çərçivəsində nahar yeməyi və kofe fasiləsi təşkilatçılar tərəfindən təmin ediləcəkdir. 
Təimdə iştirak üçün son müraciət tarixi: 28 fevral 2018-ci il
Təlimdə iştirak üçün seçilmiş gənclər 1 mart 2018-ci il tarixində bu haqda məlumatlandırılacaq və onlara təlimlə bağlı ətraflı məlumat veriləcək.

Əlavə suallar üçün aşağıdakı email vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Azerbaijan@esn.org

Qeydiyyat linki: https://goo.gl/krkaYv

Date: 
02/03/2018 to 03/03/2018
Address: 
Azerbaijan
  • Everyone is invited.